25 iyun 2012 22:08
Qəbələ Portuqaliya klubu üzərində qələbəyə sevindi
“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası Portuqaliyanın Lissabon şəhərində keçirilən IBERCUP-2012 beynəlxalq turnirində çıxışına başlayıb. Azerisport.az xəbər verir ki, dünən səhər saatlarında Portuqaliyaya yollanan komanda bu gün qrup mərhələsində ilk oyununa çıxıb.
Yerli CIF klubu ilə qarşılaşan təmsilçimiz rəqibini 3:2 hesabilə məğlub edib. Portuqaliyalıların qapısından qolları Təbriz İsazadə (2) və Orxan Abdullayev keçirib.
“Qəbələ” qrupun ikinci matçında sabah Fransanın “Loran” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Üçüncü mərhələdə isə komanda iyunun 27-i UC Venesuela ilə üz-üzə gələcək.
