25 iyun 2012 11:17
Vitali Borisov: Yığmamız qrupdan maksimum nəticə ilə çıxa bilər
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov azerisport.az saytına müsahibəsində qarşıdan gələn dünya çempionatının seçmə mərhələsinin oyunları barədə danışıb.
- Yığmamız seçmə mərhələyə nə dərəcədə hazırdı?
- Ukraynada 10 günlük təlim-məşq toplanışında olduq. Orda üç sınaq matçı da keçirdik. Belarusu məğlub etdik, Ukraynaya isə iki dəfə uduzduq. Bütövlükdə normal hazırlaşdıq. Son günlər Bakıda fiziki kondisiyaların yaxşılaşması üçün çalışmışıq. Moskva səfəri öncəsi Sankt-Peterburqa da gedəcəyik. Orda iki yoxlama oyunu keçirəcəyik.

- Komanda seçmə mərhələyə tam hazır ola biləcək?
- Fikrimcə, bəli. Komanda onsuz da hazırdı. Amma istənilən halda nə qədər yaxşı hazırlaşdığımızı zaman göstərəcək.

- Sizcə, yığmamızın qrupdan çıxmaq şansları nə qədər yüksəkdi?
- Əgər futzaldakı rəqiblərimizdən soruşsaydınız, istənilən komandanın zəif və güclü tərəflərini bir-bir açıqlardım. Çimərlik futbolu barədə eyni dərəcədə bildiyimi deməzdim. Amma bildiklərimi deyə bilərəm. İsveçrə Avropanın ən güclü komandalarından biridi. Belarusa gəlincə, son yoldaşlıq oyunundan öncə onlara beş dəfə uduzmuşduq. İngiltərə yığmasını isə bir neçə dəfə yenmişik.

- Elə isə, şanslarımız necədi?
- Bizim qrupda bütün rəqiblər güclüdülər. Bizim problemimiz başqadı. Məsələ burasındadı ki, Moskvadakı arenanın qumu bizim məşq etdiyimiz yerlərdən fərqlidi. Şəxsən mən hələ indiyə qədər elə qum üzərində oynamamışam.

- Bu, bizim üçün ciddi problemdi?
- Müəyyən çətinliklər yaradacaq. Qum az olanda yerlə oynamaq asan olur. Əks halda vəziyyət dəyişir.

- Son oyunumuzu məhz İsveçrəyə qarşı keçirəcəyik...
- Buna qədər minimum vəzifənin öhdəsindən gəlməliyik: Belarusla İngiltərəni məğlub etmək lazımdı. Son oyunda isə birinci yeri tutmaq üçün mübarizə aparmaq olar. Qrupdakı hər üç oyunu qazanmaq əla olardı.
- Amma qrupdan çıxmaq işin yarısı olacaq. Pley-offa çıxsaq, orda uğur qazana biləcəyikmi?
- Çox şey bizim qrupda neçənci yeri tutmağımızdan asılı olacaq. Birinci yeri tutmağımız nisbətən keçiləsi rəqiblə düşməyimizə imkan verəcək. Əks halda ən güclülərdən biri ilə düşə bilərik ki, bu, işimizi xeyli çətinləşdirər.

- Uşaqlıqda çoxları Taitidə keçirilən dünya çempionatının final mərhələsinə düşməyi arzulardı. Bəs siz?
- Məmnuniyyətlə. Yeri gəlmişkən, uşaqlıq arzularımı hiss edirəm. Futzal üzrə dünya çempionatının final mərhələsinə gedə bilməmişəm, heç olmasa çimərlik futbolunda buna nail olum.