25 iyun 2012 00:01
İnter Xorvatiya və Sloveniya klublarıyla qarşılaşacaq
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” Sloveniyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, artıq toplanış çərçivəsində 2 hazırlıq görüşü keçirən “İnter” daha iki görüşlə bağlı razılığa gəlib.
Belə ki, bu gün “bankirlər” növbəti yoldaşlıq oyununa çıxacaqlar. Kaxaber Tsxadadzenin yetirmələri Xorvatiyanın “Osijek” klubuyla üz-üzə gələcək. Matç Bakı vaxtıyla saat 21:00-da başlayacaq.
Hazırlıq planına əsasən komanda iyunun 28-də daha bir yoxlama görüşündə qüvvəsini sınayacaq. Həmin matçda “İnter” Sloveniyanın “Sele” komandasıyla qarşılaşacaq.
