25 iyun 2012 00:10
Fransanın Mets klubundan Bakı İnterinə transfer (FOTO)
Transfer çalışmalarını davam etdirən “İnter” daha bir futbolçuyla müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək paytaxt klubu ötən gün Konqo millisinin oyunçusu Brüs Abdulaye ilə müqavilə imzalayıb.
31 yaşlı müdafiəçinin son klubu Fransanın “Mets” klubu olub. Karyerası ərzində Brüs Fransanın “Qrenobl", “Senart-Moissi” və "Klermon", İsveçrənin “Lozanna” klublarının formasını geyib.
Qeyd edək ki, futbolçuyla birillik müqavilə bağlanılıb. “İnter” bundan öncə Georgi Adamiya, Ramil Həşimzadə, Slavço Georgiyevski, Tales Şütz, Elşən Poladov, Revaz Tevdoradze, Daniel Genov və Ruslan Əmircanovu da heyətinə qatmışdı.
