26 iyun 2012 02:33
İnter Bakının məğlub edə bilmədiyi kluba uduzdu (YENİLƏNİB)
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" növbəti yoxlama görüşünü keçirib. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək “bankirlər”in bu dəfəki rəqibi Xorvatiyanın “Osijek” klubu olub.
Qeyd edək ki, "Osijek" bir neçə gün öncə digər Azərbaycan klubu – “Bakı” ilə də üz-üzə gəlmişdi. Həmin görüşdə xorvatlar son anda “zolaqlılar”a məğlubiyyətdən xilas olmuşdular – 1:1.
"İnter" isə bu komanda ilə ümumiyyətlə bacarmayıb. İki cavabsız qol vuran xorvatlar "bankirlər"ə qalib gəliblər.
"İnter" isə bu komanda ilə ümumiyyətlə bacarmayıb. İki cavabsız qol vuran xorvatlar "bankirlər"ə qalib gəliblər.
Xatırladaq ki, toplanışın ilk yoxlama matçında “İnter” Avstriyanın "Kapfenberq" klubuna, daha sonra isə son Sloveniya çempionu "Maribor"a 0:1 hesabıyla məğlub olmuşdu.
Yoxlama oyunu
25 iyun
OSİJEK - İNTER - 2:0
