25 iyun 2012 12:26
Millimizin futbolçusu subaylığın daşını atdı (FOTO)
“Qəbələ”nin və Azərbaycan milli komandasının hücumçusu Murad Hüseynov ötən həftə sonu ailə həyatına qədəm qoyub. Azerisport.az xəbər verir ki, 23 yaşlı futbolçunun təntənəli toy mərasimi Rusiyanın Mahaçqala şəhərində baş tutub.
Bu şad günündə Muradı yaxınları və futbolçu dostları əhatə ediblər.
“Qəbələ” Futbol Klubunun kollektivi bu əlamətdar gün münasibətilə Murad Bəyi və Suat Xanımı təbrik edib, onlara ailə səadəti və xoşbəxtlik arzulayıb.
