26 iyun 2012 13:12
Zeynal Məmmədov: Bu mövsüm avrokuboklarda sözümüzü deyəcəyik
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədov ötən gün Avropa Liqasının püşkatmasından dərhal sonra azerisport.az saytının Nyondakı müxbirinini suallarını cavablandırıb.
- Sloveniya “Mura”sı ilə düşdünüz. Nə deyə bilərsiz?
- Fikrimcə, həm bizim, həm də bütün Azərbaycan klubları üçün püşkatma uğurlu alındı. Bütün klublarımız mərhələ adlaya bilərlər. Sırf bizim rəqibimizə gəlincə, “Mura” Balkan futbolunun təmsilçisidi. Onlar özlərini zəif hesab etmirlər.

- Sloveniyadakı toplanış çərçivəsində “Bakı” bir neçə gün öncə “Mura”nı 4:0 hesabıyla məğlub etmişdi...
- Qoy bu nəticə heç kimi aldatmasın. Həmin oyun çox gərgin alınmışdı. Özü də sloveniyalıların heyətində əsasən gənc futbolçulara şans verilmişdi. İstənilən halda “Mura” “Neftçi”nin, “Xəzər Lənkəran”ın, “İnter”in qarşılaşacağı rəqiblərdən fərqlənir. Bunu demək yerinə düşərdi. Necə də olmasa, Balkan təmsilçisidi. Deyə bilmərəm ki, biz dəqiq mərhələ keçəcəyik. Amma buna tamamilə qadirik. “Mura” dişimizə görə rəqibdi.
- “Bakı”nın avrokuboklardakı son çıxışını unutmusuz?
- Həmin səhv bizim üçün böyük dərs oldu. İndi hər nöqtə, vergülü diqqətlə yoxlayırıq. İnanın ki, “Bakı” həmin kabusdan uzun müddət yaxa qurtara bilmədi. Amma inanıram ki, bu mövsüm avrokuboklarda sözümüzü deyəcəyik.
- İlk təsnifat mərhələsini keçəcəyiniz halda, heyəti daha da gücləndirməyiniz mümkündü?
- Bəli. Özü də reqlament də buna imkan verir. Artıq üç oyunçu almışıq. Lakin bizə yenə futbolçu lazım olduğunu düşünürəm. Xüsusilə də forvard.
- Bəli. Özü də reqlament də buna imkan verir. Artıq üç oyunçu almışıq. Lakin bizə yenə futbolçu lazım olduğunu düşünürəm. Xüsusilə də forvard.
- Növbəti mərhələyə çıxacağınız halda sizi Sofiya CSKA-sı gözləyir...
- Əgər biz həqiqətən Avropa Liqasında uğurlu çıxış etməyi planlaşdırırıqsa, rəqibimizin gücünə baxmamalıyıq. Bizim hədəflərimiz oynadığımız rəqiblərə görə dəyişmir.
- Bəzi mütəxəssislər klublarımızın bu avrokuboklarda da ciddi uğur qazanmasının mümkünsüz olduğunu iddia edirlər...
- Həm “Bakı”, həm də digər Azərbaycan klubları qrup mərhələsinə vəsiqə qazana bilər. Artıq buna nail olmaq vaxtı çatıb.