26 iyun 2012 01:14
Millimizin forvardı üçün San Marino klubu
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Əsgərovun Avropa Liqasındakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, futbolçumuzun çıxış etdiyi Latviya “Metallurg”u San Marino klubuna rəqib olub.
Belə ki, Liepaya təmsilçisi Avropa Liqasının birinci təsnifat mərhələsində San Marinonun “La Fiorita” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 5-də Latviyada keçiriləcək. Cavab görüşü isə bir həftə sonraya təsadüf edəcək.
