26 iyun 2012 13:39
Zestafoni Neftçini harda qəbul edəcək?
Gürcüstan çempionu “Zestafoni” Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Neftçi”ni öz ev oyunlarını keçirdiyi David Abaşidze adına stadionda qəbul etmək istəyir. Azerisport.az xəbər verir ki, sözügedən arenada təsnifat mərhələsinin oyunlarının keçirilməsi barədə UEFA-nın razılığı da var.
Belə ki, “Zestafoni” ötən mövsüm də ÇL-dəki ev oyunlarını məhz bu stadionda keçirib. Yalnız üçüncü təsnifat mərhələsində Tiflisdəki “Boris Payçadze” stadionuna müraciət olunub.
