26 iyun 2012 01:32

Xəzər Lənkəranda iki yeni futbolçu

“Xəzər Lənkəran” baxışa daha iki futbolçu dəvət edib. Azerisport.az xəbər verir ki, bu xorvatiyalı Qoran Mujanoviç və danimarkalı Kim Aabeçdi.
 
Yarımmüdafiənin hər iki cinahında oynayan xorvatiyalı futbolçunun 28 yaşı var. O, karyerasına vətənində – yetirməsi olduğu “Varteks”də başlayıb və 2002-2005-ci illərdə bu klubun şərəfini qoruyub (61 oyun, 9 qol). 2002-2003 mövsümündə Xorvatiyanın “Pomorats” klubuna icarəyə verilən (29 oyun, 3 qol) Mujanoviç 2005-2007-ci illərdə Belçikanın “Lyerse” klubunda top qovub (34 oyun, 3 qol). 2007-ci ildə yenidən “Varteks”ə dönən Qoran 2010-a qədər doğma komandasının uğurları üçün çalışıb (86 oyun, 22 qol). Mujanoviç son iki mövsümü Xorvatiyanın “Slaven” (Belupo) klubunda keçirib (54 oyun, 7 qol).
 
Bu futbolçu Xorvatiyanın bütün aşağı yaş qrupları üzrə yığma komandalarında çıxış edib. Belə ki, o, 1998-1999-cu illərdə U-15-in (3 oyun), 1999-da U-16 (6 oyun, 1 qol), və U-17-nin (1 oyun), 2001-də U-18 (2 oyun) və U-19-un (1 oyun), 2002-2003-də U-20-nin (6 oyun), 2004-2005-də isə U-21-in (13 oyun) formasını geyinib. Aşağı yaş qrupları üzrə yığmalarda 32 oyun keçirən Mujanoviç A milliyə dəvət ala bilməyib.
 
Aabeç isə elə də çox klubun şərəfini qorumayıb. Belə ki, o, 2004-cü ildən “Lyngby”də çıxış edir. Kim bu komandada 115 oyun keçirib və 33 qola imza atıb.
 
Yeri gəlmişkən, artıq bu futbolçular Avstriya toplanışı çərçivəsində keçirilən yoxlama oyununda sınaqdan da keçiriliblər. Rumıniyanın gümüş medalçısı " Vasluy" komandası ilə görüşdə "Xəzər Lənkəran" meydana bu start heyəti ilə çıxıb: Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Ruslan Abışov, Elnur Allahverdiyev, Adrian Pits, Qoran Mujanoviç, Kim Aabeç, Rikardo Qomeş, Roberto Alviz, Rahid Əmirquliyev. Fasilədən sonra baş məşqçi Yunis Hüseynov Rendal Brenes, Elnur Abdullayev, Sadio Tounkara, Branimir Subaşiç və Radomir Todorovu meydana buraxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.