26 iyun 2012 14:01
“Neftçi bizi zəif rəqib saymaqla ciddi səhvə yol verir”
Gürcüstan çempionu “Zestafoni”nin hücumçusu Jaba Dvali Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri - Azərbaycanın “Neftçi” klubu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Neftçi” heç də sıradan rəqib deyil. Komandaya yaxşı pullar yatırılır. Düzdü, onların oyununu görməmişəm. Buna görə də onların oyununa qiymət verə bilmərəm. Amma bir halda ki, komanda Azərbaycan çempionu olub, zəif ola bilməz. Bildiyim qədərilə, onlar bizi zəif rəqib hesab edirlər. Görünür özlərinə çox arxayındılar. Amma bu, onların çox ciddi səhvi ola bilər. Bizim nə dərəcədə zəif olduğumuzu meydanda görəcəklər. Lakin biz növbəti mərhələyə çıxa bilməsək, bu, müvəffəqiyyətsizlik olacaq”.