26 iyun 2012 02:15

Mura Bakı ilə ilk oyunu evdə keçirməyə razıdı

Sloveniyanın “Mura” klubu “Bakı” ilə Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununu evdə keçirmək istəyir. Azerisport.az xəbər verir ki, Avroliqanın ötən gün baş tutan püşkatmasının nəticəsinə görə, “zolaqlılar” ilk oyunu Bakıda, cavab görüşünü isə səfərdə keçirməlidilər.
 
Lakin “Bakı” ilk oyunu səfərdə keçirməkdə maraqlıdı. Çünki hazırda onsuz da Sloveniyada təlim-məşq toplanışında olan paytaxt klubu hazırlıqlarını elə ilk oyun gününə - iyulun 5-nə kimi bu ölkədə davam etdirmək, həmin gün isə 10 km aralıda yerləşən arenada “Mura”nın qonağı olmaq istəyir. Məhz ondan sonra Sloveniya toplanışını bitirib vətənə qayıtmağı planlaşdıran “Bakı” rəhbərliyi bu istəyini qarşı tərəfin də diqqətinə çatdırıb. Sloveniyalılar isə deyəsən bu təklifin əleyhinə deyillər. Hər halda “Mura”nın idman direktoru İqor Çeleç bəyan edib ki, komandası ilk oyunu Sloveniyada keçirməyin əleyhinə deyil:

“Biz ilk oyunu evdə keçirmək istərdik. Özü də Azərbaycanın bütün təmsilçiləri ilk oyunlarını evdə keçirməlidilər. İki klubun ev oyunlarını keçirdiyi məkan isə eynidi. Fikrimcə, bu mərhələni keçəcək gücdəyik. Rəqibimizə hörmətlə yanaşırıq. “Bakı” bu günlərdə keçirdiyimiz yoxlama oyununda da sübut etdi ki, güclü komandadı”.
 
Xatırladaq ki, həmin oyunda “Bakı” “Mura”nı 4 cavabsız qolla yenmişdi. Təsadüfən Avroliqada da bu klublar yenidən bir-birinə rəqib oldular.
 
Onu da qeyd edək ki, artıq UEFA bütün klublarımızın ilk oyunlarını evdə keçirməsinin qarşısını almaq üçün “İnter”in Estoniya “Trans”ı ilə birinci görüşünü səfərə keçirib. “Bakı”nın ilk oyunu səfərdə keçirmək istəyinin nə dərəcədə reallaşacağını isə zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.