26 iyun 2012 14:46
İnter İsveç klubuna məğlub oldu
Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunmuş beynəlxalq turnirə start verilib. Azerisport.az xəbər verir ki, turnirin açılış oyununda B qrupunda yer alan Bolqarıstanın “Slaviya” və Ukraynanın “Tavriya” klubları qarşılaşıb. Görüş 1:0 hesabı ilə “Slaviya”nın xeyrinə başa çatıb.
Qrpun digər oyununda Türkiyənin “Samsunspor” və Gürcüstanın “Dinamo” klubları qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb.
İlk oyun günündə həmçinin A qrupunda “Brommapojkarna” (İsveç) – “İnter” (Azərbaycan) və “Rubin” (Rusiya) – Kotkas (Estoniya) oyunları keçirilib. Turnirin təşkilatçısı olan “bankirlər” 1:4 hesablı yenilgi ilə üzləşiblər. “Rubin” isə “Kotkas”ı 4 cavabsız qolla yenib.
