26 iyun 2012 11:55
Zaur Tağızadə: Neftçi Zestafoni səddini aşmağa borcludu
“Qarabağ”ın məşqçisi Zaur Tağızadə Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasında Gürcüstan “Zestafoni”si ilə düşməsinə münasibətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən Gürcüstan futbolu barədə informasiyaya malik deyiləm. Buna görə də “Neftçi”nin rəqibinin nə dərəcədə güclü komanda olduğunu deyə bilmərəm. Amma “ağ-qaralar”ın daha kimlərlə düşməsinin mümkünlüyünü nəzərə alsaq, “Zestafoni” ən yaxşı variant idi. Fikrimcə, bu komanda istənilən halda “Neftçi”nin dişinə görə rəqibdi. Komandamız gürcüləri keçməyə borcludu”.