26 iyun 2012 02:42
Ufuk Budak Şotlandiya klubuna qarşı
Futbol üzrə Azərbaycan millli komandasının üzvü Ufuk Budakın Avropa Liqasındakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, futbolçumuzun çıxış etdiyi “Eskişehirspor” Şotlandyia klubu ilə qarşılaşacaq.
Belə ki, Super Liqa klubunun rəqibi “St.Yohnstone” olacaq. Qeyd edək ki, “Eskişehirspor” 37 illik fasilədən sonra Avropaya çıxıb. UEFA “Beşiktaş”ı cəzalandırdığından İstanbul klubu Avroliqaya vəsiqə əldə edib.
