26 iyun 2012 02:54
Muranın prezidenti: Püşk bizə qarşı xeyirxah olmadı
Sloveniyanın “Mura” klubunun prezidenti Miroslav Topiç Avropa Liqasının püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan təmsilçisi “Bakı” ilə rəqib olmalarına belə şərh verib:
“Mən deməzdim ki, püşk bizə qarşı xeyirxah oldu. Ən azı ona görə ki, bizi Azərbaycana uzun səfər gözləyir. Bizə sadəcə matçın startını gözləmək qalır. Amma hesab edirəm ki, biz özümüzü yaxşı tərəfdən göstərə bilərik. Sübut etməliyik ki, istənilən rəqibi məğlub edəcək gücdəyik”.