26 iyun 2012 15:00

Bakı Avropa Liqası üçün yekun heyətini UEFA-ya göndərdi

Azərbaycan kubokunun qalibi “Bakı” Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun yekun iştirak ərizəsində 25 futbolçunun adı var.
 
Siyahıda yay transfer pəncərəsi dövründə alınan yeni futbolçulardan hamısının adına rast gəlmək olur. Bunlar Ramazan Abbasov, Əziz Quliyev, Edemir Rodriqes və Georgi Popxadzedi.
 
“Bakı”nın bu siyahıya hətta oyuna bir gün qalmışadək daha bir futbolçu əlavə etmək imkan var. “Zolaqlılar”ın transfer bazarındakı planları baş tutsa, siyahının daha da genişlənməsi istisna deyil.
 
Qeyd edək ki, “Bakı” Avroliqanın birinci təsnifat mərhələsində Sloveniya “Mura”sı ilə qarşılaşacaq. İlk oyun iyulun 5-də Bakıda, cavab görüşü isə ayın 12-də Sloveniyada keçiriləcək. Lakin tərəflər qarşılıqlı razılıq əsasında oyunların keçirilmə yerlərini dəyişməyi düşünürlər.

“Bakı”nın iştirak ərizəsinə adları salınan futbolçuların siyahısı isə belədi:

Elxan Məmmədov, Aqil Məmmədov, Ramazan Abbasov, Elvin Əliyev, Duje Bakoviç, Deyvidas Çesnauski, Əziz Quliyev, Lukas Mario Horvat, Denis İvanov, İbrahim Karqbo, Nenad Kovaçeviç, Cəmşid Məhərrəmov, Elvin Məmmədov, Novruz Məmmədov, Uinston Parks, Georgi Popxadze, Edemir Rodriqes, Aleksandr Şoliç, Maris Verpakovski, Jununyo, Namiq Ələsgərov, Şəhriyar Əliyev, Rəhman Hacıyev, Elşad Manafov, Nurlan Novruzov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.