26 iyun 2012 15:12
Mircavadov: Dörd klubumuzun hamısı mərhələ adlaya bilər
Ağasəlim Mircavadov Azərbaycan klublarının avrokuboklardakı rəqiblərini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində təcrübəli mütəxəssis bunları dilə gətirib:
“Püşkatmanın nəticələri normaldı. Düzdü, futbolda zəif rəqib anlayışı yoxdu. Amma belə demək olar ki, klublarımızın hamısının çox yaxşı şansı var. “Zestafoni”ni zəif komanda hesab etmirəm. “Neftçi” onlarla oyuna çox diqqətlə hazırlaşmalıdı.

Avropa Liqasındakı rəqiblərimizə gəlincə, Sloveniya və Estoniya klublarının səviyyəsi heç də pis sayıla bilməz. Klublarımızın bəxtinə daha zəif rəqiblər də düşə bilərdi. Amma eyni zamanda daha güclü komandaların düşməsi də mümkün idi. Fikrimcə, bu komandaları keçmək olar”.