26 iyun 2012 15:33
Xəzər Lənkəran Avropa Liqasına 19 futbolçu ilə gedir
Avropa Liqasında ölkəmizi təmsil edəcək “Xəzər Lənkəran” Estoniyanın “Nomme Kalyu” klubu ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib. Azerisport.az xəbər verir ki, Lənkəran klubu iştirak ərizəsinə 19 futbolçunun adını daxil edib.
Bunlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 2-si hücumçudu. Yeni transferlər – millimizin üzvü Ruslan Abışov və rumın Manuel Skarlatakenin də adı siyahıya salınıb. “Xəzər Lənkəran” bu siyahıya oyuna bir gün qalmışadək daha bir futbolçu əlavə edə bilər.
Qeyd edək ki, “Xəzər Lənkəran”la “Nomme Kalyu” arasında ilk oyunun 5-də Lənkəranda, cavab matçı 5 gün sonra Estoniyada keçiriləcək.
Qapıçılar: Kamran Ağayev, Kamal Bayramov, Orxan Sadıqlı;
Müdafiəçilər: Ruslan Abışov, Elnur Allahverdiyev, Eder Bonfim, Manuel Skarlatake, Radomir Todorov;
Yarımmüdafiəçilər: Elnur Abdullayev, Kamran Abdullazadə, Robert Alviz, Rahid Əmirquliyev, Alim Qurbanov, Adrian Pit, Rikardo Qomeş, Akif Tağıyev, Sadio Tounkara;
Hücumçular: Rendal Brenes, Branimir Subaşiç.
Baş məşqçi: Yunis Hüseynov
