26 iyun 2012 01:05

Neftçi üçün güclülərin arasındakı ən zəif

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin ikinci təsnifat mərhələsindəki rəqibi Gürcüstan çempionatının qalibi “Zestafoni” oldu. Azerisport.az xəbər verir ki, bu komanda əvvəllər “Metallurg” adı ilə çıxış edib.
 
“Metalurgi Zestafoni” adı ilə hələ 1937-ci ildə yaradılan komanda 2004-cü ildə yenidən güclülər dəstəsinə çıxıb. 3 mövsüm 4-5-ci yerləri tutandan sonra – 2007-2008 mövsümündə bürünc medal qazanıb. 2009-2010 mövsümündə yenidən Umaqlesi Liqanın üçüncü yerini tutan komanda son iki mövsümdə çempion olub. 2008-ci ildə Gürcüstan kubokunu qazanan komanda 2011-ci ildə Super Kuboka sahib çıxıb.
 
Komanda ev oyunlarını 4558 azarkeş tutumu olan David Abaşidze adına stadionda keçirir. “Zestafoni”nin baş məşqçisi yerli mütəxəssis – 32 yaşlı Giorgi Çiabrişvilidi. Klubun prezidenti isə İlia Kokayadı.
 
“Zestafoni” ilk dəfə avrokuboklara 2007-2008 mövsümündə çıxıb. UEFA İntertoto Kubokunda çıxış edən komanda ilk mərhələdə Qazaxıstan “Tobol”una uduzaraq mübarizəni dayandırıb. Növbəti mövsüm UFEA Kubokunda yarışan komanda ilk mərhələdə Macarıstanın “Gyori ETO” klubuna yenilib. 2009-2010 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində Şimali İrlandiyanın “Lisburn” klubunu udan komanda növbəti mərhələdə İsveç “Helsinqborq”una uduzub.
 
2010-2011 mövsümündə Avropa Liqasında “Zestafoni” San Marinonun “Faetano” və Slovakiyanın “Dukla” klublarını məğlub etsə də, üçüncü mərhələdə Ukrayanın “Karpatı” klubuna yenilib. 2011-2012 mövsümündə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan komanda ilk oyunda Moldova “Daçia”sını mübarizədən kənarlaşdırıb, ardınca Avstriya “Şturm”una uduzub. Burdan birbaşa Avropa Liqasının play-off mərhələsinə düşən komanda “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Brügge” ilə qarşılaşıb. Gürcüstandakı oyun 3:3 hesabı ilə bitib, səfər matçını “Brügge” udub – 2:0.
 
“Zestafoni”nin heyətində cəmi bir legioner var. Bu, 19 yaşlı nigeriyalı hücumçu Abayomi Ovonikokodu. Komandanın bəzi futbolçuları Gürcüstan yığmasında oynayır, bəziləri isə əvvəllər oynayıb. Heyətdə Premyer Liqamızın xeyli sabiq iştirakçıları da var. Belə ki, “Zestafoni”nin bəzi üzvləri vaxtı ilə ölkəmizdə çıxış edib. Zurab Mamaladze və Tornike Aptsiauri “Qəbələ”nin, Teymuraz Qonqadze “Simurq”un, Qoqa Beraya “Kəpəz”, “Qarabağ” və “Qəbələ”nin formasını geyinib.
 
Klubun idman direktoru Mixail Xutsişvili isə Premyer Liqamızda “Kəpəz” və AZAL-ın uğurları üçün çalışıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.