26 iyun 2012 15:56
Moskvada futbolçular güllə yağışına məruz qaldılar
Rusiyanın paytaxtı Moskva şəhərini təmsil edən “Lokomotiv”in gənclərdən ibarət komandası xoşagəlməz olayla üzləşib. Azerisport.az xəbər verir ki, klubun 17 yaşadək futbolçulardan ibarət komandası paytaxtda avtobusla hərəkət edərkən naməlum şəxslər tərəfindən güllə yağışına məruz qalıb.
Bu barədə məlumatı komandanın məşqçisi Nikolay Koçetov verib. Onun sözlərinə görə, avtobusun şüşələri sınsa da, xoşbəxtlikdən futbolçulardan heç biri güllə atəşinə tuş gəlməyib.
“Bu, sadəcə xuliqanlıqdı. Axmaqlar doludu” – deyə, Koçetov bu olayı pisləyib.
Hazırda sözügedən hadisə ilə bağlı araşdırmalara start verilib.
