26 iyun 2012 16:14
Argentinanın yeni çempionu məlum oldu
Futbol üzrə Argentina çempionatının qalibi məlum olub. Azerisport.az xəbər verir ki, bütün rəqiblərindən güclü olan “Arsenal” qızıl medallara sahib çıxıb.
Paytaxt Buenos Ayresi təmsil edən bu komanda çempionatın son turu ərəfəsində “Tigre” ilə birlikdə 35 xala malik idi. “Arsenal” həlledici oyunda doğma meydanda “Belgrano”nu 1:0 məğlub edib. “Tigre”nin evdə “Independiente” ilə 2:2 hesablı heç-heçəyə razılaşması isə “Arsenal”ın çempionluğunu rəsmiləşdirməsiylə nəticələnib.
Qeyd edək ki, bu, 1957-ci ildə yaradılan “Arsenal”ın tarixindəki ilk çempionluqdu.
