26 iyun 2012 16:56
Georgi Çiaberaşvili: Neftçi bizi qiymətləndirmir
Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiaberaşvili UEFA Çempionlar Liqasındakı rəqibləri – “Neftçi” barədə danışıb, şanslarını dəyərləndirib.
“Neftçi” bizim üçün o qədər də yaxşı rəqib sayılmaya bilər. Onların yaxşı oyunçuları var. İkinci ildi ki, ardıcıl Azərbaycan çempionu olurlar. Bu isə, rəqibin səviyyəsindən xəbər verir” – deyə, 33 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini qiymətləndirib.
Lakin gürcüstanlı mütəxəssis “Neftçi” tərəfindən özlərinə qarşı lazımı qiymət verilməməsindən şikayətlənib: “Mən deməzdim ki, rəqibimiz zəifdi. Baxmayaraq ki, onlar səpələnməmişlər arasında idilər. Lakin rəqib komandanın rəsmilərinin açıqlamalarına əsasən deyə bilərəm ki, onlar bizi qiymətləndirmirlər”.
Çiaberaşvilinin sözlərinə görə, “Neftçi”ni heç də adi olmayan sınaq gözləyir: “Biz bilirik ki, çox çətin olacaq. Lakin eyni dərəcədə də “Neftçi” üçün çətin olacaq. Onlar bizi daha yaxşı tanımış olacaqlar”.
Qeyd edək ki, “Neftçi” ilə “Zestafoni” arasındakı oyunlar iyulun 17-də və 24-də keçiriləcək. İlk oyun Bakıda “Dalğa Arena”da, cavab matçı isə Zestafonidəki “David Abaşidze” stadionunda baş tutacaq.
