26 iyun 2012 18:16
Neftçidən transfer açıqlaması (FOTO)
Hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən "Neftçi" daha bir futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, "Neftçi"nin düşərgəsinə gələn Çili yığma komandasının hücumçusu Nikolas Kanales, səhər saatlarında tibbi müayinədən uğurla keçdikdən sonra, klub futbolçu ilə rəsmi müqavilə bağlayıb.
Nikolas Kanalesin “Neftçi”də hansı forma altında çıxış edəcəyi də dəqiqləşib. O, 11 nömrəni seçib.
