26 iyun 2012 18:31
Kanales ilk oyunundaca qol sözü verdi
"Neftçi"nin yeni transferi - Çili yığma komandasının hücumçusu Nikolas Kanales bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, imzalama mərasimində Nikolas Kanales bunları deyib:
"Neftçi" kimi iddialı kluba gəldiyim üçün çox şadam. Komandanın Çempionlar Liqasında oynaması mənim qərar verməyimə təsirini göstərdi. Çünki istər Çili, istərsə də digər xarici çempionatlarda çıxış edən komandalardan təkliflərim çox idi. Bura gəldiyim andan özümə qarşı xoş münasibəti, komanda daxilində olan səmimiliyi görəndən sonra düzgün qərar verdiyim bir daha təsdiqini tapdı və öz istəyimlə 11 nömrəli futbolkanı mənə təqdim etdilər. "Neftçi"nin heyətində ilk rəsmi oyunumu Bakıda, Çempionlar Liqası turnirində "Zestafoni" klubuna qarşı keçirəcəyəm. Neftçi" azarkeşləri əmin olsunlar ki, elə həmin matçda vuracağım qollarla onları sevindirəcəyəm".
