28 iyun 2012 14:58
Millimizin forvardı 90 dəqiqə oynadı, komandası 1 xal qazandı (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 16-cı turu çərçivəsində “Gulbene” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Buna görə də liepayalılar çətin səfərdə sərfəli nəticə qazanmağı hədəfləmişdilər. Onların bu istəyi nisbətən gerçəkləşib. Görüşdə hesabı məhz həmyerlimizin komandası açıb. Lakin fasilədən sonra buraxılan qolla qələbəni əldən veriblər - 1:1.
Millimizin hücumçusu bu görüşdə ilk dəqiqələrdən mübarizə aparmaq hüququ qazanıb. Əsgərov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, hazırda Liepaya klubu 14 oyundan sonra 22 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb və ehtiyatda iki oyunu var. "Gulbene" isə 16 xalla səkkizinci pillədə qərarlaşıb.
Latviya çempionatı
16-cı tur
27 iyun
Gulbene - Metallurg - 1:1
