26 iyun 2012 22:15
İspaniyalı məşqçi Bakıdakı 13 qolluq darmadağından danışdı
Hazırda Bakıda davam edən Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnirin iştirakçilarından biri olan Rusiyanın “Rubin” klubunun (U-13) ispaniyalı baş məşqçisi Efren Peteyro bu gün İsveçin “Brommapojkarna” klubuna qarşı keçirilən oyunu dəyərləndirib. Azerisport.az xəbətr verir ki, o, “İnter”in rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Əlbətdə ki, bugünkü nəticədən narazıyam. Bu narazılıq nəinki hesabdan, daha çox futbolçularımın rəqibdən qorxmasından irəli gəlir. Komandamızın oyunçuları rəqibdən çəkinirdilər və çox zəif təsir bağışlayırdılar. Rəqib nə qədər güclü olsa da, biz bunu etməməliyik. Bizim əsas məqsədimiz istedadlı futbolçuları seçib onlara böyük futbola yol açmaqdı. Bununla belə, komandamız hər turnirə qələbə ardınca gəlirik, çünki futbolçu uşaq illərindən qələbə ruhunu yaşamalı,onu duymalıdı. İnanıram ki, gələcək matçlarda “Rubin” daha yaxşı təsir bağışlayacaq”.
Qeyd edək ki, “Rubin” İsveç klubuna 0:13 hesabı ilə uduzub.
