26 iyun 2012 22:50
Bakı Xorvatiya klubu ilə sülhə razılaşdı (YENİLƏNİB)
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Bakı" bu gün üçüncü yoldaşlıq oyununa çıxıb. Azerisport.az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edəcək “zolaqlılar”ın bu dəfəki rəqibi Xorvatiya yüksək liqa təmsilçisi "İnter Zapreşiç" klubu olub.
"Bakı" bu oyuna aşağıdakı start heyəti ilə çıxıb: 16. Aqil Məmmədov, 6. İbrahim Karqbo, 19. Nurlan Novruzov, 3. Denis İvanov, 7. Deyvidas Çesnauski, 10. Mario Lukas Horvat, 11. Elvin Məmmədov, 4. Giorgi Popxadze, 24. Nenad Kocaçeviç, 8. Juninyo, 25. Şəhriyar Əliyev.
Qarşılaşmada hesabı xorvatlar açıblar. Lakin "Bakı" sonradan cavab qolunu vurmağa nail olub. Beləcə, qarşılaşma sülhlə bitib.
Qeyd edək ki, Novruz Əzimov yetirmələrini bundan öncə Xorvatiya “Osijek”i ilə oyunda sınamışdı. Həmin qarşılaşma heç-heçə bitmişdi – 1:1. Daha sonra isə “zolaqlılar” Sloveniya təmsilçisi “Mura”ya 4 cavabsız qolla qalib gəlmişdilər. Hansı ki, bu komanda Avropa Liqasında “Bakı”nın rəqibidi.
Yoxlama oyunu
26 iyun
BAKI – İNTER ZAPREŞİÇ – 1:1 (0:0)
Oyun başladı
İlk yarı qolsuz başa çatdı - 0:0
İkinci hissə başladı
52-ci dəqiqədə xorvatlar hesabı açırlar - 0:1
66. Rəhman Hacıyev Horvatı əvəzləyir
67. Popxadzenin əvəzində Əziz Quliyev meydana çıxır
73. N.Novruzovu Maris Verpakovski əvəzləyir
76. Çesnauskini Ramazan Abbasov əvəzləyir
79. İbrahim Karqbo hesabı bərabərləşdirir - 1:1
Matç başa çatdı
