26 iyun 2012 11:18

“Neftçinin baş məşqçisinin sözləri xoşuma gəlmədi”

Gürcüstanın “Zestafoni” klubunun prezidenti İlia Kokaya UEFA Çempionlar Liqasının püşkatma mərasimindən sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Azərbaycan çempionu “Neftçi”yə rəqib olmağınızı necə dəyərləndirirsiz?
- Sadəcə əla! Bakı tamamilə yaxındı. Gedib oynayıb, qayıdacağıq. Heç bir uzaq yerə uçmaq lazım gəlməyəcək. Çətin qrafik, viza problemləri ilə üzləşməyəcəyik. Odu ki, yaxşı oyun və gəzinti olacaq.
 
- Deməli, Azərbaycan çempionuna rəqib olmağınıza sevinirsiz?
- Bizə komandanın adı maraqlı deyil. Onsuz da Çempionlar Liqasında zəif komanda yoxdu.
 
- “Neftçi” barədə nə deyərdiniz?
- Məndə bu klub barədə məlumat yoxdu. Bilirəm ki, bu komanda SSRİ çempionatında da çıxış edirdi. “Zestafoni”dən əsas fərqi bundan ibarətdi.
 
- Ötən mövsüm klubunuz ÇL-in qrup mərhələsinə düşməyə yaxın idi. Bəs indi “Neftçi”ni keçmək şanslarınızı necə qiymətləndirirsiz?
- Biz həmişə bütün şansları öz xeyrimizə hesablayırıq. Şübhəsiz ki, favorit “Zestafoni”di. Püşkatma da bunu göstərdi. Hər halda biz “səpələnmişlər” sırasındaydıq.
 
- İlk oyunun Bakıda keçirilməsi sizə sərf edir?
- Burda böyük fərq görmürəm. Yalnız “Neftçi”nin baş məşqçisinin sözləri xoşuma gəlmədi. O dedi ki, bizi süni meydançada qəbul edəcəklər. Bu, təkcə bizim üçün yox, bütövlükdə futbol üçün pis amildi. Təsəvvür edirəm ki, 40 dərəcəyə yaxın bir istidə sintetika üzərində oynamaq necə olar.
 
- Komandanızın qarşısına hansı hədəfləri qoymusuz?
- Heyəti gücləndirməyi planlaşdırırıq. Əsas hədəfimiz isə Çempionlar Liqasını qazanmaqdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.