26 iyun 2012 12:28
Böyükağa Hacıyev: Növbəti mərhələyə adlamalıyıq
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev ötən gün ÇL-də keçirilən püşkatmanın nəticəsi barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına danışan B.Hacıyev püşkün nəticəsinin onlar üçün uğurlu olduğunu bildirib:
"Püşkün nəticəsini bizim üçün uğurlu saymaq olar. Bununla belə arxayınlaşmaq lazım deyil. Çempionlar liqası turnirində gücsüz rəqib olmur. "Zestafoni" Gürcüstan çempionudur. Onlar da bizim kimi qələbəyə köklənəcəklər. Bu oyunlara ən yaxşı səviyyədə hazırlaşıb növbəti mərhələyə adlamalıyıq".
