26 iyun 2012 21:40

Neftçi İran çempionuna qalib gəldi (YENİLƏNİB)

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu İran klubu ilə qarşılaşıb.
 
Belə ki, “Neftçi”nin rəqibi sonuncu İran çempionu “Sepahan” olub. Qeyd edək ki, 1953-cü ildə yaradılan “Sepahan” 2011-2012 mövsümündə İran Pro Liqasının qızıl medallarını qazanıb. Tarixi ərzində 4 dəfə İran çempionluğunu və 3 dəfə ölkə kubokunu qazanan komanda 2007-ci ildə Asiya Çempionlar Liqasının finalında oynayıb.
 
"Neftçi" belə bir rəqiblə görüşdə uğur qazanmağı bacarıb. İlk yarıda Flavinyonun vurduğu qol matçda yeganə olub.
 
Böyükağa Hacıyev ilk dəqiqələrdən aşağıdakı heyətə güvənib: Rauf Mehdiyev, Elvin Yunuszadə, İqor Mitreski, Kənan Manafov, Cavid İmamverdiyev, Bruno Bertuççi, Flavinyo, Emin Mehdiyev, Rəşad Sadiqov, Julius Vobay, İlham Allahverdiyev.
 
İkinci hissədə bakılıların heyətində Saşa Stamenkoviç, Amit Quluzadə, Tərlan Quliyev də meydana çıxmaq imkanı qazanıb.
 
Qeyd edək ki, “Neftçi” bundan öncə Rusiyanın “Mordoviya” klubu ilə qarşılaşmış və 0:4 hesabıyla məğlub olmuşdu.
 
Yoxlama oyunu
26 iyun
 
NEFTÇİ – SEPAHAN - 1:0
Qol: Flavinyo.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.