26 iyun 2012 12:44

Rusiya futbolu başsız qaldı

Rusiya Futbol İttifaqının (RFİ) prezidenti Sergey Fursenko tutduğu vəzifədən istefa verib. Azerisport.az xəbər verir ki, Fursenko hələlik qərarının dəqiq səbəbini açıqlamayıb.
 
Lakin o, Rusiya yığmasının 2012-ci il Avropa çempionatındakı uğursuz çıxışı ilə əlaqədar azarkeşlərdən üzr istəyib. Fursenko Rusiya prezidenti Vladimir Putinlə görüşündə RFİ prezidenti postunu tərk etmək qərarına gəldiyini bəyan edib. Putin isə istefanı qəbul edərək, ona gördüyü işlərə görə təşəkkürünü bildirib: “Ümidvaram ki, hər şey öz yerini tutacaq”.
 
Rusiya prezidenti Fursenkodan UEFA İcraiyyə Komitəsi üzvlüyündən ayrılmamağı xahiş edib: “Biz bu yeri itirməməliyik. Xahiş edirəm ki, bu vəzifədə işinizi davam etdirəsiniz”.
 
Qeyd edək ki, Rusiya millisi Avropa çempionatında ən asan qrupdan 1/4 finala çıxa bilməyib. A qrupundakı rəqiblərindən Çexiyaya 4:1 hesabı ilə qalib gələn şimal qonşularımız Polşa ilə heç-heçə edib - 1:1. Son matçında isə Yunanıstana 0:1 hesabı ilə uduzan baş məşqçi Dik Advokatın komandası qrupda qalıb. Növbəti mərhələyə isə Çexiya ilə Yunanıstan yüksəlib. Hələ çempionat öncəsi Hollandiya PSV-si ilə müqavilə bağlamış Advokat artıq Rusiya millisindən ayrılıb. Yeni baş məşqçi hələlik təyin olunmayıb.
 
Sonda onu da bildirək ki, Rusiya millisi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.