26 iyun 2012 12:53
Trans İnteri Tallində qəbul etməyəcək
“İnter”in Estoniya “Trans”ı ilə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsindəki ilk matçının keçirilmə yeri məlum olub. Azerisport.az xəbər verir ki, Estoniya klubu Azərbaycan təmsilçisini Rakverdə qəbul edəcək.
Halbuki, “Trans” ötən avrokuboklar mövsümündəki ev oyunlarını Tallində keçirirmiş. Lakin görünür bu dəfə rəhbərlik fərqli qərar qəbul edib.
Qeyd edək ki, “Trans” – “İnter” oyunu iyulun 5-də keçiriləcək. Cavab görüşü isə bir həftə sonra baş tutacaq.
