27 iyun 2012 00:37

Georgi Adamiya: Neftçiyə Zestafoni ilə oyunlarda çox çətin olacaq

“İnter”in yarımmüdafiəçisi Georgi Adamiya azerisport.az saytına müsahibəsində avrokubokların püşkatmasından danışıb, Estoniya “Trans”ını keçmək şanslarını dəyərləndirib, eləcə də “Neftçi” – “Zestafoni” (Gürcüstan) qarşıdurmasına toxunub.
 
- “Trans”la düşməyinizi necə qiymətləndirirsiz?
- Bu komanda barədə böyük informasiyaya malik deyiləm. “İnter” qələbə qazanmaq, mərhələ adlamaq istəyir. Fikrimcə, biz rəqibimizə nisbətən daha təcrübəliyik. Necə də olmasa, son illərdə avrokuboklarda çıxış edirik. Rəqib komanda barədə nəsə demək üçün oyununu görməyimiz lazımdı. Mən onların heyətində kimlərin oynadığını, necə futbol sərgilədiklərini bilmirəm.
 
- Bəs komandanızın şansları barədə nə deyərdiniz?
- Şans həmişə var. Əsas ondan yararlanmaqdı. “İnter” təlim-məşq toplanışı keçir və bunun bəhrəsini Avropa Liqasında görməlidi. Çalışacağıq ki, “Trans”a səfərdə qol vurub, evdə buraxmayaq. Aydın məsələdi ki, mübarizəyə Estoniyada start vermək asan olmayacaq. Amma uğur qazanmaq üçün tələb olunan hər şeyi edəcəyik.
 
- “Neftçi”nin Çempionlar Liqasındakı rəqibi Gürcüstan çempionu “Zestafoni” oldu...
- “Zestafoni” yaxşı komandadı. Kifayət qədər yaxşı heyəti var. Fikrimcə, gərgin oyun olacaq. Çünki həm “Neftçi”, həm də “Zestafoni” texnikalı oyun sərgiləyir. Tərəflərdən heç birinin arxayınlaşmaması vacibdi.
 
- Bu cütün favoriti kimdi?
- Aşkar favorit yoxdu. Özünüz də bilirsiz ki, futbolda hər şey ola bilər. Hər iki komanda güclüdü və hər şey ola bilər. İlk oyun Bakıdadı və üstünlük “Neftçi”nin tərəfində olacaq. “Zestafoni”yə Bakıda qol buraxmamaq lazım gələcək. Belədə, onlar hər şeyə doğma divarlar arasında aydınlıq gətirmək imkanı qazanacaqlar.
 
- “Zestafoni” barədə başqa nə deyə bilərsiz?
- Bildiyim qədərilə, bu komandada legioner yoxdu. Heyətlərində istənilən oyunun taleyini təkbaşına həll etməyə qadir futbolçular var. “Neftçi” də oxşar heyətə malikdi. Lakin düzünü deyim ki, Gürcüstan çempionatını uzun müddətdi izləmədiyim üçün bu komandaların oyunlarını müqayisə etmək mənim üçün çətindi. Bricə onu deyə bilərəm ki, maliyyə cəhətdən Azərbaycan təmsilçisi daha yaxşı büdcəyə malikdi.
 
- Sizcə, Azərbaycanla Gürcüstan çempionatları arasında səviyyə fərqi nə dərəcədə böyükdü?
- Dediyim kimi, öz ölkəmin çempionatını izləmədiyim üçün mənə belə müqayisə aparmaq çox çətindi. Hər şeyi “Zestafoni” ilə “Neftçi” arasındakı oyun göstərəcək.
 
- Futbolumuzun veteranlarından olan İsgəndər Cavadov hesab edir ki, “Neftçi” “Zestafoni”ni keçə bilməsə, bu, uğursuzluq olacaq...
- Əlbəttə, “Zestafoni” Zaqreb “Dinamo”su deyil. Amma bu, o demək deyil ki, onlar yaxşı futbol oynaya bilmirlər. Gürcüstan çempionu kifayət qədər güclü komandadı və “ağ-qaralar”a çox çətin olacaq. Onlar asanlıqla təslim olmayacaqlar. Hər halda çox şeyə ilk oyun aydınlıq gətirəcək.
 
- Bəs siz özünüz kimə azarkeşlik edəcəksiz?
- (gülür) Mən gözəl futbola azarkeşlik edirəm. Amma bütövlükdə məni yalnız bir komandanın çıxışı maraqlandırır, bu da “İnter”di.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.