27 iyun 2012 00:43

Tixon Şişov: XL Nomme Kalju ilə görüşün favoritidi

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Nomme Kalju”nun heyətində vaxtilə cənub təmsilçisinin şərəfini qorumuş Tixon Şişov da çıxış edir. Azerisport.az xəbər verir ki, Estoniya klubunun müdafiəçisi müsahibəsində “ağ-yaşıllar”a rəqib olmalarından danışıb.

Bəribaşdan qeyd edək ki, Şişov 2010–2011 mövsümündə “Xəzər Lənkəran”ın şərəfini qoruyub. Azərbaycandan ayrılandan sonra isə o, vətənində top qovur. “Nomme Kalju”nun arxa xətt oyunçusu keçmiş komandasına rəqib olmalarından sevincli olduğunu gizlətmir:
 
“Püşkatmadan razıyam. Keçmiş komandama qarşı oynamağı çox istəyirəm. Düzünü deyim ki, “Xəzər Lənkəran” barədə nə dərəcədə faydalı informasiya verə biləcəyimi bilmirəm. Çünki orda oynamağımdan artıq iki ilə yaxın bir müddət keçib. Amma məncə, bu cütün favoriti azərbaycanlılar hesab olunacaqlar. Onların heyətində güclü legionerlər var və yəqin ki, səviyyələri də daha yüksəkdi”.
 
Lakin Estoniya yığmasının müdafiəçisi özlərinin də mərhələ adlamaq şanslarının olduğunu iddia edib: “Şübhəsiz ki, bizim də növbəti mərhələyə adlamaq şansımız var. Məsələn, iki il əvvəl mən “Xəzər Lənkəran”ı tərk edərkən, onlar Avropa Liqasında Moldova “Olimpia”sı ilə qarşılaşdılar. Kağız üzərində rəqibdən daha güclü olmalarına baxmayaraq, “Xəzər Lənkəran” o vaxt bu rəqibini keçə bilmədi”.
 
“Xəzər Lənkəran”la “Nomme Kalju” arasındakı ilk oyun iyulun 5-də Lənkəranda keçiriləcək. Şişov bu oyundan danışarkən aşağıdakıları qeyd edib: “Azərbaycanda keçiriləcək səfər oyununu düşünərkən həyəcanlanıram. Amma qorxmağa dəyməz. Şübhəsiz ki, Lənkərana qələbə üçün gedəcəyik. Lakin bu çətin səfərdə heç-heçə də bizim üçün pis nəticə sayılmamalıdı”.
 
Şişov Lənkərana səfərin çətin olacağını da vurğulayıb: “Lənkərana səfər həqiqətən də çox çətin olacaq. Bu şəhər Bakıdan təxminən 300 km aralıda yerləşir. Amma açığını deyim ki, mən orda oynayarkən Azərbaycandakı yollar o qədər də yaxşı deyildi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.