27 iyun 2012 00:57
"Neftçi istədiyimiz oyunu göstərməyə imkan vermədi"
İranın "Sepahan" klubunun baş məşqçisi Zlatko Krançar “Neftçi” ilə yoxlama oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, iranlıların çalışdırıcısı komandasının 0:1 hesablı yenilgisi barədə bunları dilə gətirib:
"Neftçi" ilə qarşılaşmanın çətin keçəcəyini bilirdik. Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermədi. Komandanız meydanın mərkəzini daha sürətlə keçirdi. Hər halda bu yoxlama oyunudu və bizim səhvlərimizi görmək imkanımız oldu. "Neftçi"nin heyətində çıxış edən gənc futbolçuları da qeyd etməliyəm. Onlar yaxşı təsir bağışladılar. Çempionlar Liqası turnirində də komandanıza uğurlar arzulayıram".
