27 iyun 2012 01:15
Böyükağa Hacıyev: Onlar bir-birini daha yaxşı başa düşürdü
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev İranın "Sepahan" klubuyla yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsi barədə bunları dilə gətirib:
"Ümumilikdə oyundan razı qaldım. İlk görüşlə müqayisədə futbolçular bir-birini daha yaxşı başa düşürdü. Rəqibimiz də Asiya qitəsində öz adından söz etdirmiş İran çempionu idi. Nəticə isə qələbə ruhunu qoruyub saxlamaq baxımından vacibdir. Toplanışa cəlb olunmuş gənc futbolçulara da şans verdik və onlar da ümidləri doğruldurlar. Çalışacağıq ki, ixtiyarımızda olan hazırlıq müddətindən maksimum yararlanıb komandanı tam hazır vəziyyətə gətirək".
