27 iyun 2012 13:18

“Bakıya 0:4 hesabı ilə uduzmağımız sizi aldatmasın”

Sloveniyanın “Mura” klubunun vitse-prezidenti Matey Puxan azerisport.az saytına müsahibəsində Avropa Liqasının birinci təsnifat mərhələsində “Bakı”ya rəqib olmalarından, eləcə də şanslarından danışıb.

“Püşkatmanın nəticəsi ilə bağlı birmənalı fikir söyləmək çətindi. Bunun yaxşı və ya pis olduğunu deyə bilmərəm. “Bakı”nı o qədər də yaxşı tanımıram. Lakin eşitdiyimə görə, yaxşı komandadı. Fikrimcə, bizi maraqlı oyun gözləyir”.
 
O, hələ rəqibi bundan sonra öyrənəcəklərini deyir: “Hazırda “Bakı” haqda informasiyamız o qədər də geniş deyil. Amma bizim hələ vaxtımız var. Çalışacağıq ki, rəqibimizi daha yaxından öyrənək”.
 
Puxanı narahat edən məqamlar da var: “Düzü, biz püşkdən öncə Sloveniyaya yaxın olan bir ölkə təmsilçisinə rəqib olmağı arzulayırdıq. Lakin indi bizi Azərbaycana kifayət qədər uzun və çətin səfər gözləyir. Bu da bizi məyus etməyə bilməz. Axı belə səfərlər də maddi cəhətdən baha başa gəlir”.
 
“Mura” rəsmisi komandasının bir neçə gün öncə “Bakı” ilə yoxlama matçında 0:4 hesablı yenilgisinə də toxunub: “Bu, sadəcə yoxlama matçı idi. Bizim heyətimizdə daha çox ehtiyatda qalan və gənc futbolçular yer almışdılar. Bu nəticə sizi aldatmamalıdı”.
 
Qeyd edək ki, “Bakı” ilə “Mura” arasındakı ilk oyun iyulun 5-də “Dalğa Arena”da, cavab görüşü isə ayın 12-də Sloveniyada baş tutacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.