27 iyun 2012 01:33

Almaniya yığması Bakıya gəlir

Sentyabr ayının 22-də başlayacaq və 21 gün davam edəcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də çıxış edəcək daha bir ölkənin adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, Almaniya yığması Avropa çempionatında fianal yüksəlməklə Azərbaycana gəlməyə haqq qazanıb.

Almanlar Danimarka ilə yarımfinal oyununda 2:0 hesabıyla qalib gəliblər. Bu isə, DÇ-yə vəsiqə üçün yetərli olub. Xatırladaq ki, digər yarımfinal matçında da Fransa İsveçrəni məğlub edərək, həm finala çıxmışdı, həm də Azərbaycanda keçiriləcək mundiala vəsiqə qazanmışdı.
 
Beləliklə, artıq dünya çempionatı həyacanını yaşayacaq 16 komandadan sonuncusu da məlum olub. Öncəliklə qeyd edək ki, ölkəmiz bu çempionatda iştirak etməyə ev sahibi statusu almaqla avtomatik olaraq haqq qazanıb. Dünyanın bütün mədəniyyətlərinin bir araya gələcəyi çempionatda Asiyanı Şimali Koreya, Yaponiya və Çin təmsil edəcək. Bu üç ölkənin çempionatda iştirakı ötən ilin noyabr ayından artıq məlum idi. Afrika qitəsinin Qambiya, Nigeriya və Qana milli yığma komandaları ilə təmsil olunacağı çempionatda azarkeşlik mədəniyyəti, futbol coşğusu ilə tanınan Cənubi Amerikanı Braziliya, Kolumbiya və Uruqvay milli yığmaları simvolizə edəcək.
 
Yeni Zelandiya milli yığmasına gəldikdə isə, onlar çempionatda iştirak haqqına sahib olmaq üçün OFC seçimləri sırasında digər iştirakçı 3 ölkə arasından fərqlənməyi bacarıb və sentyabr ayında Bakı və Lənkəranda keçiriləcək oyunlarda iştirak üçün ölkəmizə təşrif buyuracaq.
 
Yuxarıda göstərilən ölkələrə əlavə olaraq 2-13 may tarixlərində Quatemalada baş tutan CONCACAF seçimlərində çempionatda iştirak edəcək 3 ölkə daha məlum olub. Belə ki, 10 may tarixində Amerika Birləşmiş Ştatları və Kanada, 12 may tarixində isə Meksika milli yığması digər komandalar arasından sıyrılaraq Azərbaycana bilet əldə edənlər sırasına qoşulublar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.