27 iyun 2012 13:39
Mura Bakının menecerini Hafiz Məmmədovla dəyişik saldı (FOTO)
Sloveniyanın “Mura” klubu “Bakı”nın menecerini prezidenti ilə dəyişik salıb. Azerisport.az xəbər verir ki, Sloveniya təmsilçisi rəsmi saytı vasitəsi ilə klubun vitse-prezidenti Matey Puxanla “Bakı”nın meneceri Kamran İsmayılovun birgə şəklini yayımlayıb.
Onlar İsveçrənin Nyon şəhərində keçirilən Avropa Liqasının püşkatmasından sonra görüş keçiriblər. Lakin “Mura”nın rəsmi saytı Kamran İsmayılovu səhvən “Bakı”nın prezidenti Hafiz Məmmədov kimi təqdim edib.
