27 iyun 2012 13:57
Berti Foqts polşalılara lazım olmadı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Polşa Futbol İttifaqına lazım olmayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Frantişek Smudanın istefasından sonra Polşa millisini çalışdırmağa əsas namizəd idi.
Lakin federasiya prezidenti Qjeqoj Lyato bəyan edib ki, onlar yığmanı yerli məşqçiyə tapşıracaqlar: “Biz belə qənaətə gəldik ki, yığmaya yerli mütəxəssis rəhbərlik etməlidi. Buna görə də millimizi çalışdırmağa namizəd olan əcnəbi məşqçilər artıq bizə lazım deyil”.
