27 iyun 2012 14:11
Simurq Kocaelispor və Spartkla üz-üzə
Yeni mövsümə hazırlaşan “Simurq”un Türkiyədə həyata keçirdiyi təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisi artıq yoxlama oyunu keçirəcəyi rəqibləri də müəyyənləşdirib.
Belə ki, “sarı-qaralar” iyunun 29-da yerli “Kocaelispor”la qarşılaşacaqlar. Bölgə təmsilçisinin növbəti rəqibi Rusiyanın “Spartak” (Nalçik) komandası olacaq və bu oyun iyulun 2-də baş tutacaq.
“Simurq”un iyulun 5-də daha bir yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Həmin görüşdə zaqatalalılar İran komandasıyla qarşılaşacaqlar.
