27 iyun 2012 14:37
Dinamo Bakıda qələbə qazandı
Xəbər verdiyimiz kimi, hazırda Bakıda Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnir keçirilir. Azerisport.az xəbər verir ki, ikinci oyun gününün axşam proqramı "B" qrupunda yer alan Gürcüstanın "Dinamo" və Bolqarıstanın "Slaviya" komandalarının matçıyla başlayıb.
Görüş 3:0 hesabıyla gürcüstanlı futbolçuların xeyrinə başa çatıb.
Qeyd edək ki, ilk turda "Dinamo" klubu Türkiyənin "Samsunspor" komandasıyla qarşılaşmışdı və bu görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı, "Slaviya" isə birinci görüşdə Ukraynanın "Karpatı" komandasını 1:0 hesabıyla məğlub etmişdi.
