27 iyun 2012 15:53
Samsunspor Bakıda məğlub oldu
Bakıda keçirilən Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, ikinci oyun gününün son görüşündə "A" qrupunda məskunlaşan Türkiyənin "Samsunspor" və Ukraynanın "Karpatı" komandaları üz-üzə gəlib.
Matç 3:0 hesabıyla "Karpatı"nın xeyrinə başa çatıb.
2 turdan sonra "A" qrupunun turnir cədvəlinə “Dinamo” (Tiflis, Gürcüstan) başçılıq edir – 4 xal. “Karpatı” (Lvov, Ukrayna) və “Slaviya” (Sofiya, Bolqarıstan) hərəyə 3 xalla 2-3-cü yerləri bölüşürlər. “Samsunspor” isə xala həsrətdi.
