27 iyun 2012 16:31
“Klublarımız arasında ən çətin rəqib Neftçiyə düşüb”
Azərbaycan futbolunun veteranlarından olan Samir Ələkbərov azerisport.az saytına müsahibəsində avrokuboklarda çıxış edəcək klublarımızdan və onların rəqiblərindən danışıb.
- Avrokubokların püşkünün nəticələri barədə nə deyərdiniz?
- Mən deyə bilmərəm ki, klublarımız bütün rəqiblərini asanlıqla keçəcək. Hər halda bu, heç də asan olmayacaq. Amma onların daha çətin rəqiblərlə düşməsi variantı da var idi. Buna görə də püşkün nəticəsini normal saymaq olar.
- Sizcə, bu, klublarımızın avrokuboklar tarixi ərzindəki ən yaxşı püşk sayıla bilər?
- Demək olar. Amma əvvəlki illərdə də bəzi klublarımız kifayət qədər keçiləsi rəqiblərlə düşürdülər. Məsələn, götürək elə “Xəzər Lənkəran”ın keçə bilmədiyi Moldova “Nistru”sunu. Ümid edirəm ki, bu dəfə heç bir klubumuz “Xəzər Lənkəran”ın həmin aqibətini yaşamayacaq.

- Sizcə, uğur qazanmaq şansı daha çox hansı komandamızdadı?
- Avropa Liqasındakı hər üç klubumuzda. Məncə, klublarımız arasında ən çətin rəqib “Neftçi”yə düşüb. Ölkə çempionunu Gürcüstan “Zestafoni”si ilə çətin sınaq gözləyir. Lakin “Neftçi” də bu rəqibini keçməyə borcludu.

- Grücüstan çempionatını Premyer Liqamızdan zəif hesab edirsiz?
- Bizimki ilə müqayisədə Gürcüstan birinciliyi zəifdi. Bunu nəzərə alsaq, Azərbaycan çempionu da “Zestafoni”dən zəif olmamalıdı. Lakin mümkündü ki, Gürcüstan tərəfi də onlara “Neftçi”nin rəqib olmasına sevinir. Bakılıların baş məşqçisi vaxtilə Gürcüstan klubuna avrokuboklarda uduzub. Lakin bu dəfə eyni uğursuzluq təkrarlanmamalıdı. Əminəm ki, o, nəticə çıxarıb.

- Bəs “Xəzər Lənkəran”, “Bakı” və “İnter” barədə fikirləriniz necədi?
- “Bakı”dan başlayaq. Çox maraqlıdı ki, komanda püşkdən bir gün öncə “Mura” ilə yoxlama oyunu keçirmişdi. İndi isə bu komandaları iki rəsmi oyun gözləyir. Yoxlama oyunundakı 4:0 hesablı qələbə bakılıları arxayınlaşdırmamalıdı. “Xəzər Lənkəran”la “İnter”i isə Estoniya klubları ilə duel gözləyir. Məncə “Nomme Kalju” ilə “Trans” tamamilə keçiləsi komandalardı. Amma təbii ki, bu oyunlara yaxşı şəkildə köklənmək lazımdı.

- “Xəzər Lənkəran” və “Neftçi”də oynamış futbolçu kimi bu klublardan nə gözləyirsiz?
- Lənkəranda yaxşı başa düşürlər ki, artıq beynəlxalq arenada uğur qazanmaq zamanıdı. Bunun üçün ilk növbədə birinci mərhələni adlamaq lazımdı. Əminəm ki, klublarımız hər bir oyuna lazımınca köklənə biləcək. Artıq qrup mərhələsi barədə düşünmək vaxtıdı.
- Klublarımızın hamısı mərhələ adlasa, Avroliqada Bolqarıstan CSKA-sı, Polşa “Lech”i və Yunanıstan “Asteras”ı ilə qarşılaşmalı olacaqlar...
- Bu təbiidi. Növbəti mərhələdə daha güclü rəqiblərlə qarşılaşmalıyıq. Üçüncü təsnifat mərhələsinə keçməyimiz daha çətin olacaq. Hər şey hazırlıqdan asılı olacaq. Bir şeyi dəqiq bilirəm: klublarımız bir mərhələ ilə kifayətlənməməlidilər. Onlar belə klublarla oynamağa hazır olmalıdılar.