27 iyun 2012 17:07
Azərbaycanlı hakimlər Avropa Liqasında!
FİFA referiləri Fariz Yusifov və Vüsal Əliyev UEFA Avropa Liqasının oyunlarına təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Fariz Yusifov "Olimpia" (Lyublyana, Sloveniya) – "Jeunesse Eş" (Lüksemburq) matçını, Vüsal Əliyev isə "Honvid" (Budapeşt, Macarıstan) – "Flamurtari" (Albaniya) görüşünü idarə edəcək. Onlara kömək edəcək briqadanın digər üzvləri isə aşağıdakı kimidi:
Avropa Liqası
1-ci təsnifat mərhələsi
(ilk oyun)
5 iyul
"Olimpia" (Lyublyana, Sloveniya) – "Yeunesse Eş" (Lüksemburq)
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Namiq Hüseynov
Dördüncü hakim: Rauf Cabarov
(cavab oyunu)
12 iyul
"Honvid" (Budapeşt, Macarıstan) – "Flamurtari" (Albaniya)
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Yaşar Abbasov
Dördüncü hakim: Elçin Məmmədov
