27 iyun 2012 17:16
Qəbələ Sloveniyada 5 sınaq matçı keçirəcək
“Qəbələ” yeni mövsümün hazırlıqlarına başlayır. Azerisport.az xəbər verir ki, iyunun 26-da Bakıda bir araya gələrək tibbi müayinədən keçən “Qəbələ” sabah doğma şəhərdə 2012-2013 mövsümünün hazırlıqlarına start verəcək.
Gündəlik iki məşqə çıxacaq komanda Qəbələdəki hazırlıqlarını iyulun 10-na kimi davam etdirəcək. İki günlük istirahətdən sonra – iyulun 13-də komanda hazırlıq məqsədilə Sloveniyaya yollanacaq.
Ölkə xaricində baş tutacaq təlim-məşq toplanışının ikinci hissəsi iyulun 27-nə kimi davam edəcək. Toplanış müddətində “Qəbələ” 5 yoxlama oyununda gücünü sınayacaq. Rəqiblər qarşıdakı günlərdə dəqiqləşəcək.
