27 iyun 2012 17:58
Karpatı Bakıda yarımfinala yüksəldi
Bakıda keçirilən Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr olunan beynəlxalq turnir davam edir. Azerisport.az xəbər verir ki, bu gün qrup mərhələsinin sonuncu - 3-cü turunun oyunlarına start verilib.
Öncə "A" qrupunda mübarizə aparan Gürcüstanın "Dinamo" və Ukraynanın "Karpatı" komandaları meydana çıxıblar. Görüş ukraynalı futbolçuların xeyrinə başa çatıb - 1:0.
Qeyd edək ki, bu qələbə sayəsində "Karpatı" komandası 1/2 final mərhələsinə vəsiqə qazanıb. "Dinamo" isə qrupda 3-cü yer tutub və turnirdəki çıxışını 5-ci pillə uğrundaki görüşlə başa vuracaq.
