27 iyun 2012 18:37
Qarabağdan daha bir transfer (FOTO)
“Qarabağ” mövsümlərarası fasilədə daha bir transferi reallaşdırıb. Azerisport.az xəbər verir ki, Almaniya Bundesliqasından Miro Varvodiçi, ölkəmizin gənc istedadlarından sayılan Elnur Abdulovu sıralarına qatan komanda daha bir gələcək vəd edən futbolçuyla heyətini genişləndirib.
Belə ki, “Qarabağ” Azərbaycan millisinin də şərəfini qoruyan Hacı Əhmədovla 2 illik müqavilə imzalayıb. 1993-cü il təvəllüdlü futbolçu artıq komandayla məşqlərə də çıxır. Məlumatı Ağdam klubunun rəsmi saytı yayıb.
