27 iyun 2012 18:54
“Qarabağdan təklif gələn kimi düşünmədən qəbul etdim”
“Qarabağ” mövsümlərarası fasilədə növbəti transferi – Hacı Əhmədov bu keçidlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu açıqlamasında hədəflərindən danışıb:
“Qarabağ” daim gənclərə, yerlilərə üstünlük verən komanda kimi tanınır. “Qarabağ”dan təklif gələn kimi düşünmədən qəbul etdim. Qurban Qurbanovla işləmək mənim üçün əla bir şansdı. Bilirəm ki, işim heç də asan olmayacaq. Əsas heyət uğrunda mübarizə böyükdü. Amma öz üzərimdə işləməyə davam edəcəm. Əsas məqsədim komandama faydalı olmaq və milli komandada möhkəmlənməkdi”.
